Bərbərxanalar bağlanacaq? - Deputatdan AÇIQLAMA

28.05.2020 15:01

Xəbər verdiyimiz kimi dünən Azərbaycanda koronavirusa yoluxanların sayı keçən günlərə nisbətən daha çox olub. Belə ki, 165 nəfərdə yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Ölkə ərazisində koronavirusa yoluxanların sayı çoxalma dinamikası ilə davam edərsə gözəllik salonları və bərbərlərin işi yenidən dayandırıla bilərmi?

XəzərXəbər xəbər verir ki, bununla bağlı deputat Aydın Hüseynov açıqlama verib.

Deputat bildirib ki, insanların kütləvi yığışdığı məkanların bağlanması daha məqsədəuyğundur:

"Harada ki, kütləvi təmizliyə riayət ediləcək, müştərilərin sayı 10 dan az olacaqsa, burada böyük bir risk yoxdur. Ən böyük risk insanların daha çox toplaşdığı yerlərdədir. Digər tərəfdən hər birimiz özümüzü qorumalıyıq. Həmçinin özümüzdən başqa digər insanları da nəzərə almalıyıq. Gözəllik salonları və bərbərxanalarda gigiyena qaydalarına daha çox əməl olunur. Əgər orada say etibarı ilə insan kütləsi az olacaqsa, onların fəaliyyət göstərməsinin böyük bir riski yoxdur"./Sonxeber.az

© xezerxeber.az


633 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR