Mingəçevirdə avtomobil 13 nəfəri vurub - 4 uşağın vəziyyəti ağırdır

24.05.2020 15:46

Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.

TƏBİB-dən xezerxeber.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılacaq.

Qəza nəticəsində 2 uşaq kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Xəsarət alan iki uşağın isə vəziyyəti orta ağırdır.

© xezerxeber.az


425 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR