“Sən UFC tarixinin Tvitterdəki ən böyük döyüşçüsüsən” – Həbibdən atmaca

24.05.2020 14:32

İrlandiyalı döyüşçü Konor Makreqor öz versiyasına əsasən, UFC tarixinin ən güclü dörd döyüşçüsünün adını açıqlayıb.

O, birinci yerdə Anderson Silvanı, ikinci yerdə özünü, üçüncü yerdə Jorj Sen-Pyeri, dördüncü yerdə isə Con Consu qeyd edib. Həbib Nurmaqomedov siyahıda yer almayıb.

Qol.az Rusiya mətbuatına istinadla xəbər verir ki, dağıstanlı döyüşçü buna cavab olaraq Konora xitabən Tvitterdə yazıb: "Sən yarıyüngül, yüngül və orta ağır çəkidə uduzmusan. Heç vaxt UFC və Cage Warriors titulunu müdafiə edə bilməmisən. Sən Sen-Pyer, Silva və Consun birlikdə uduzduğundan daha artıq məğlub olmusan. Sən UFC tarixinin Tvitterdəki ən böyük döyüşçüsüsən”.

© xezerxeber.az


423 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR