Bayram namazı ilə bağlı RƏSMİ AÇIQLAMA

21.05.2020 10:02

"Koronavirusla əlaqədar dünyanın bütün ölkələrində dini məbədlərin fəaliyyəti məhdudlaşdırılıb. İnsanlara da dini ayinləri evlərində keçirmələri tövsiyə olunub və onlar buna riayət edirlər. Hər kəs başa düşür ki, kütləvilik virusun yayılmasına səbəb ola bilər”.

XəzərXəbər-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Yeni” TV-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı verdiyi fətvada da dini ayinlərin evdə keçirilməsi qeyd edilib:

"Bütün işlər də buna uyğun icra olunur”.

© xezerxeber.az


1286 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR