3 aylıq fövqəladə vəziyyət ELAN OLUNDU, Baş nazirə yeni səlahiyyətlər verildi

28.04.2020 10:22

Misirdə 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Buna səbəb olaraq ölkənin səhiyyə və təhlükəsizlik sahələrinin də əhatə olunduğu təhlükələr göstərilib.

Ölkənin Prezidenti Əbdülfəttah əs-Sisi fövqəladə vəziyyətin bu gecədən etibarən başladığını bildirib.

Bəyannaməyə görə, Silahlı Qüvvələr ilə polis təşkilatı terrorla mübarizə, ölkədə təhlükəsizliyin təmin olunması, ictimai və özəl mülkün qorunması və vətəndaşların həyat təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görmək üçün səlahiyyətləndirilib.

Əlavə olaraq, ölkənin Baş nazirinə prezidentin səlahiyyətləri verilib.

Bəyannamədə bildirilən qərarlara tabe olmayanları həbs cəzası gözləyir./publika.az

© xezerxeber.az


3085 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR