Koronavirus niyə cavan və sağlam şəxsləri öldürür? - ARAŞDIRMA

08.04.2020 15:35

Yeni tip koronavirusun risk qrupuna 65-dən yuxarı yaşlılar, xroniki xəstəlikləri olanlar daxil edilsə də, gənclərin və sağlam insanların da infeksiya səbəbilə dünyasını dəyişməsi faktı kifayət qədər var.

Mütəxəssislər bu naməlum duruma cavab axtarmağa başlayıb.

CNN telekanalının tibbi müxbiri, beyin cərrahı Sancay Qupta elm adamları və araşdırmaçıların gənc insanların ölümünə genetik quruluşlarının səbəb olub-olmadığını analiz etdiyini açıqlayıb.

"ACE2 genindəki genetik müxtəliflik ehtimallardan biridir. ACE2 ağciyərlərdəki hüceyrələrin xarici səthinə və ürəyə yapışan fermentdir. Koronavirus hüceyrələrə daxil olmaq üçün bu fermentdən istifadə edir. ACE2 genindəki reseptoru dəyişdirən fərqliliklər virusun hüceyrələrə girməsini asanlaşdıra və ya çətinləşdirə bilər”, - Qupta deyib.

Elm adamları ciddi Kovid-19 yoluxması olan şəkər, ürək və ya ağciyər xəstəlikləri kimi problemləri olmayan insanların DNT-sini analiz edərək mövcud xəstəlikləri olmayanların DNT-si ilə qarşılaşdırıb.

Cərrah Qupta digər ehtimalın ağciyərlərdə kiçik hava kisəcikləri tərəfindən ifraz olunan mayenin Kovid-19 xəstələrində tükənməsi olduğunu bildirib. Bu maye ağciyərlərin genişlənməsinə və büzülməsinə yardımçı olur, lakin maye tükənərsə, funksiya pozulur və hava kisəcikləri çökür. Bu halda nəfəs almaqda çətinlik yaranır. Bu mayeni süngəri təmiz saxlayan təmizlik vasitəsi kimi də düşünmək olar. Maye olmasa, ağciyərlər qatılaşar və elastikliyini itirər.

Araşdırmaçılar insanların immun sisteminin virus və bakteriyalara qarşı verdiyi cavabı da analiz edib. İmmun sisteminin bir çox problemə yol aça biləcəyi də ehtimallar arasındadır.

S.Qupta gənc, sağlam insanların immun sisteminin ağciyər və digər orqanlara zərər verəcək qüvvədə inflamatuar yarada biləcəyini, bu durumda problemin yaş və ya zəif immun sistemi deyil, immun sisteminin çox yaxşı işləməsi olduğunu qeyd edib.

Digər ehtimal isə gənc, sağlam olduğunu düşünən insanların özlərinə olan güvəni və buna görə daha az qabaqlayıcı tədbir görmələridir./publika.az

© xezerxeber.az

FOTOQALERIYA






552 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR