SON XƏBƏR: Ağdamdan Xankəndinə dəmir yolu çəkilir - Türkiyədən YENİ XƏRİTƏ
SON XƏBƏR: Zamana MEYDAN OXUYAN 50 yaşdan yuxarı qadınlar - Pəhriz saxlamır, makyaj etmir və...
SON XƏBƏR: Azərbaycanda Vaksinasiya Strategiyası TƏSDİQ EDİLDİ
SON XƏBƏR: Hikmət Hacıyev: Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır
"Pandemiyanın və bərabərində gətirdiyi məhdudiyyətlərin iqtisadiyyata, məşğulluğavurduğu mənfi zərərlərin aradan qaldırılması üçün silsilə tədbirlər görülüb”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, dörd istiqamət üzrə 10 tədbir nəzərdə tutulub, 1 milyon 900 min insanı əhatə edəcək:
"Sosial sahədə dayanaqlılığın qorunması üçün istifadə olunacaq vəsait 394 milyon manatdır, bu məbləğin 100 milyonu dövlət büdcəsindən, 203 milyonu Dövlət Sosial Müdafiəsi Fondundan, 91 milyonu İşsizlikdən Sığorta Fondundan istifadə ediləcək.
Bu gün dövlət büdcəsi ilə yanaşı, dövlət qurumlarının bütün ehtiyatları bu istiqamətlərə yönəlib. Dörd ana istiqamət var və bunun hər birinin arxasında müxtəlif kəsimdən olan insanlara dəstək verilməsi durur.
910 min insan dövlət sektorunda əmək müqaviləsi ilə çalışan işçilərin hər biri sosial müdafiə tədbirləri ilə əhatə olunub. Əsassız ixtisarlara yol verilmir, müyyən edilmiş kvota çərçivəsində həyati vacib obyektlərin, qurumların fəaliyyətinin davam etdirilməsi üçün minmal sayda işçi işə cəlb edilir. Onların gəlirlərinin təminatı davam edir”.
Nazir qeyd edib ki, 660 min insan əmək müqaviləsiz qeyri-dövlət sektorunda çalışır:
"Bu insanların qorunması üçün işə götürənlərlə iş aparıldı. 10 gündə əmək müqavilələrinin sayında artım oldu. İxtisarlar olmadı. Ləğv edilən əmək müqaviləsi üzrə işçəgötürənlə söhbət aparılır.
Bunun obyektiv və subyektiv səbəbdən olması müəyyənləşdirilir. O sahibkarlara dövlət dəstəyi göstəriləcək ki, işçilərin ixtisarını aparmasınlar. Bu günə olan 690 min qeyri-neft sketorunda çalışan insanları əhatə edə bildik”.
"Üçüncü istiqamət isə işsizlər və əmək müqaviləsi olmadan qeyri-formal sahədə işləyən və bu gün pandemiyaya görə işini itirən insanlar idi. İşsizəhalinin müəyyən qədər uçotu mövcud idi.
100 mindən artıq şəxsin uçotu təmin edilmişdi. Yerdə qalan şəxslərin isə uçotu yox idi. Şikayət edənlərin böyüük əksəriyyəti əmək müqaviləsi olmadan çalışanlar idi. O insanların sosial təminatı yox idi. Prezidentin tapşırığı ilə bu şəxslərin təminatı üçün tədbirlər hazırlandı”, - deyə S.Babayev əlavə edib.
© xezerxeber.azAğdamdan Xankəndinə dəmir yolu çəkilir - Türkiyədən YENİ XƏRİTƏ
Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
Sürücülər yanacağı dəyişir - Qiymətdə yarıbayarı fərq var - VİDEO
Mühərrik həcmi kiçik olan avtomobillərə tələb sürətlə artır - VİDEO
Ermənistan ÇÖKÜR - Avro və dollar bahalaşır, inflyasiya dərinləşir
Dəhşətli hadisə 46 nəfərin həyatına son qoydu, yüzlərlə yaralı var
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Dəhşətli hadisə 46 nəfərin həyatına son qoydu, yüzlərlə yaralı var
Azərbaycanda vaksinlər bu maliyyə mənbələri hesabına alınacaq
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Bu tarixdən kafe ə restoranlar işləyə biləcək - Operativ Qərargah
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB