Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Pomidor və xiyarın qiyməti kəskin ucuzlaşıb - VİDEO

06.04.2020 20:30

Paytaxt bazarlarında satışa çıxarılan pomidor və xiyarın qiymətində ucuzlaşma müşahidə olunur.

Xezerxeber.az-ın məlumatına görə, artıq bazara Bakı ilə yanaşı, bölgələrdə fəaliyyət göstərən istixanalarda yetişdirilən pomidor və xiyar gətirilib. Qiymət isə bir həftə əvvəllə müqayisədə təxminən 40- 50 faizdən çox ucuzlaşıb.

Satıcılar qiymətin ucuzlaşmasına səbəb kimi bu məhsulların bol olmasını göstərirlər.

Qeyd edək ki, Göyçayda istixanalarda yetişdirilən pomidorun bir kiloqramının topdan satış qiyməti ötən günlərlə müqayisədə ucuzlaşıb.

Şəmkirdə isə pomidor yetişdirən sahibkarlarların sözlərinə görə, əvvəllər bu məhsullar Rusiya bazarlarına çıxarılırdı. Hazırda isə buradakı pomidor 70-80, xiyar isə 50-60 qəpikdən təklif edilir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovun sözlərinə görə, həm ölkəmizdə, həm də Rusiyada xüsusi karantin rejiminin tətbiq edilməsi pomidor və xiyarın qiymətinin ucuzlaşmasına səbəb olub.

Yaxın günlərdə pomidor və xiyarın qiymətinin daha da ucuzlaşacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1250 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR