Çindən ölkələrə vacib çağırış: “Pandemiyanın qarşısını almaq üçün...”

03.04.2020 16:32

"Çin koronavirus epidemiyası ilə mübarizə təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır, lakin bundan heç vaxt öz geosiyasi təsirini gücləndirmək üçün vasitə kimi istifadə etməyəcək”.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin keçirdiyi brifinqdə bildirib.

"Bildiyiniz kimi, COVID-19 pandemiyası tez bir zamanda reaksiya tələb edən gözlənilməz bir böhrandır. Hazırda bütün dünyada insanların sağlamlığının və həyatının təhlükəsizliyini təmin etməyə diqqət etməliyik. Çinin epidemiya ilə mübarizə sahəsində təsirli tədbirləri və təcrübəsinə gəlincə, biz onlardan heç vaxt geosiyasi təsir aləti kimi istifadə etməyəcəyik”, - diplomat bildirib.

Çunin həmçinin qeyd edib: "Digər ölkələr Çinin təcrübəsindən və ya təklifindən istifadə edə bilərsə, buna görə məmnun olarıq, bu da böyük bir ölkə olaraq bizim məsuliyyətimizdir”./Teleqraf.com

© xezerxeber.az


2354 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR