Xüsusi karantin rejimini pozan şəxslər həbs edilib - VİDEO

29.03.2020 18:33

Ölkədə xüsusi karantin rejimi qaydalarını pozan şəxslər tutulub.

Xezerxeber.az-ın məlumatına görə, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Daxil olan əməliyyat məlumatı əsasında paytaxt sakini Əsgər Şalıyev və Oğuz rayon sakini Elşən Səfərəliyev xüsusi karantin rejimini pozmaqda şübhəli bilindikləri üçün Bakı şəhərində saxlanıblar. Elşən Səfərəliyev Bakı-Qazax yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan təxminən 1 kilometr aralıda özünə məxsus avtomobili idarə etməyi 50 manat müqabilində razılığa gəldiyi paytaxt qeydiyyatında olan tanışı Əsgər Şalıyevə həvalə edib. Elşən Səfərəliyev isə nəqliyyat vasitəsinin yük yerində gizlənməklə xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən postu keçib.

Keçirilən daha bir tədbir zamanı Füzuli rayon sakini Kərim Kərimov və İmişli rayon sakini Elxan İbrahimov xüsusi karantin rejimi qaydalarını pozaraq Bakı şəhərinə gəldikləri üçün saxlanıblar. Araşdırma zamanı məlum olub ki, Kərim Kərimov və Elxan İbrahimov idarə etdikləri nəqliyyat vasitəsi ilə Bakı-Qazax yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan qanunsuz keçməklə karantin rejimi qaydalarını pozublar.

Əsgər Şalıyev və Elşən Səfərəliyev barəsində Cinayət Məcəlləsinin ''epidemiya əleyhinə və karantin rejimlərinin pozulması'' maddəsi ilə cinayət işi başlanıb. Onlar barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Elxan İbrahimov və Kərim Kərimov isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs ediliblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






402 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR