İnternetin sürətində zəiflik nə ilə bağlıdır? - AÇIQLAMA - VİDEO

27.03.2020 19:34

Koronovirusla bağlı vətəndaşlar evdə qaldığından son günlər inernetə tələbat kəskin artıb. Bu isə bəzi hallarda internetin sürətində problemlər yaradır.

Məsələyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova münasibət bildirib.

Xezerxeber.az-ın məlumatına görə, Günel Gözəlova deyib ki, virusla əlaqədər olaraq mart ayının 20-dən etibarən Nazirlik xüsusi iş rejmində çalışır. Vətəndaşların telefon, internetlə fasiləsiz təmin olunması ilə bağlı müvafiq qurumlara ciddi tapşırıqlar verilib.

Nazirlik rəsmisi qeyd edib ki, telefon, internet xidməti ilə bağlı problem yaşayan vətəndaşlar aidiyyatı üzrə idarələrə müraciət etsinlər. Əgər şikayətlərinə baxılmırsa, Nazirliyə müraciət etsinlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1512 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR