Yeni DƏHŞƏTLİ xəstəlik yayılıb: Göz bəbəkləri qanayır, qızdırmadan ölürlər

02.03.2020 14:09

Efiopiyada ortaya çıxan sirli xəstəlik əhali arasında çaxnaşmaya səbəb olub.

Dünyada koronavirusla mübarizə apararılan bir vaxtda daha bir sirli xəstəlik ortaya çıxıb. Alimlərin hələ də müalicə edə bilmədiyi ''Xəstəlik X'' Efiopiyada yayılıb.Bu xəbərin ardından Ümumdünya Səhiyyə Təşkilatı Efiopiyada araşdırmalara başlayıb.

Xəstəliyə tutulan insanlar gözləri qanla dolmuş bir şəkildə ölməyə başlayırlar. Xəstəliyin genetikasını araşdıran alimlər dünyanın yeni bir xəstəliyin eşiyində olduğunu vurğulayırlar.

"Biz növbəti böyük bir epidemiyanın, əvvəllər heç vaxt görmədiyimiz bir təhlükənin hədəfində ola bilərik''-deyə ÜST bildirib.

ÜST epidemiya təhlükəsi olan dünya üçün qlobal nəticələri olacaq yeni xəstəliylərin sıyasını tərtib edib. Üç illik fasilədən sonra ilk dəfə qurum tərəfindən yayımlanan siyahıda epidemiya başlatma qabiliyyəti olan, lakin məhdud müalicə imkanı olan xəstəliklər yer alıb.

Bunlara Ebola və Marburq virusu, Zika virusu, Lassa Fever xəstəliyi, Nipah və Henipavirus, Rif Vadisi Atəşi (RVF) və ictimaiyyətin tanıdığı MERS-SARS virusları daxildir.

Bu xəstəliklərin hamısı son illərdə epidemiya səviyyəsini yaşayır və ciddi təhlükə hesab olunur. Krım-Konqo qanayan qızdırma xəstəliyinin nəticəsində insanların gözünün ağından və anusundan qan çıxır. Gözlənilmədən "qanayan qızdırma " adlandırılan dəhşətli xəstəlik vəba ilə müqayisədə daha yüksək ölüm dərəcəsinə malikdir.

2018-ci ildə Sudan və Uqanda bölgəsində onlarla insan bu xəstəliyə tutulub. Nəticədə dörd nəfər ölüb.

Hal-hazırda Efiopiyada insanlar arasında oxşar simptomlar göstərən xəstəlik yayılıb..İngiltərnin "Qardian" qəzeti yayımladığı bir məqalədə 23 yaşlı xəstənin gözlərinin sarı rəngə çevrildiyini və ağzından, burnundan və gözlərindən qan çıxdığına dair bir xəbər paylaşıb.Həmin xəstənin yüksək atəş səbəbiylə öldüyü bildirilib.(metbuat.az)

© xezerxeber.az


22611 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR