Ərdoğanın generallarla 6 saatlıq müzakirəsi – Qərar açıqlandı

28.02.2020 11:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən Təhlüksizlik Zirvəsində Əsəd rejiminə qarşılıq verilməsi ilə bağlı qərar qəbul edilib.

Bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun deyib.

"Hava və qurudan rejimin bilinən bütün hədəfləri atəş altına alınıb. Əməliyyatlar davam edir”, - F.Altun bildirib.

Qeyd edək ki, ötən gecə Suriya ordusunun hücumundan və 33 türk əsgərinin şəhid olmasının dərhal ardından Türkiyə lideri Ərdoğan Hulusi Akar və ordu generallarının iştirakı ilə təcili toplantı keçirmişdi./axar.az

© xezerxeber.az


2154 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR