33 türk əsgərinin şəhid olduğu hücumun görüntüləri yayıldı - VİDEO

28.02.2020 09:17

İdlibdə Suriya ordusu tərəfindən türk ordusuna qarşı təşkil edilən hava hücumunun görüntüləri yayılıb.

***


***

İdlibdə Suriya ordusu tərəfindən təşkil edilən hava hücumu nəticəsində həlak olan türkiyəli hərbçilərin sayı 33-ə çatıb.

Bu barədə Hatay valiliyi məlumat yayıb.

***

İdlibdə Suriya ordusu tərəfindən təşkil edilən hava hücumu nəticəsində həlak olan türkiyəli hərbçilərin sayı 29-a çatıb. 36 əsgər yaralanıb.

Bu barədə Hatay valiliyi məlumat yayıb.

***

İdlibdə təşkil edilən hava hücumu nəticəsində həlak olan türkiyəli hərbçilərin sayı 22-yə çatıb.

Bu barədə Hatay valiliyi məlumat yayıb.

***

İdlibdə hava hücumu nəticəsində 9 türkiyəli hərbçi həlak olub.

Bu barədə Anadolu agentliyi məlumat yayıb. Yaralıların olduğu bildirilir. Yaralılar Hatay vilayətindəki xəstəxanalara yerləşdirilib.

Hava hücumunun Suriya ordusu tərəfindən təşkil edildiyi bildirilir.

Qeyd edək ki, hücum, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının təcili toplantısının keçirildiyi vaxta təsadüf edib. Toplantının yekunlarına dair açıqlama verilməyib./publika.az

© xezerxeber.az


8542 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR