Koronavirusa görə verilən qərar Avropanı AYAĞA QALDIRDI - 500 nəfər ölümə tərk edildi

24.02.2020 11:38

Avstriya yeni tip koronavirus epidemiyası səbəbilə İtaliyadan gələn bütün qatar səfərlərini dayandırıb.

Fedral Dəmir Yollarının verdiyi qərar qeyri-müəyyən müddətə qədər qüvvədə qalacaq.

Hazırda içərisində 500-ə yaxın sərnişin olan 2 qatar sərhədin İtaliya tərəfində gözləyir. Avstriyanın verdiyi ani qərarı dərhal tətbiq etməsi Avropada etirazlara səbəb olub. Sərnişinlərin taleyi məchuldur.

Avstriya mətbuatının verdiyi məlumata görə, İtaliyadan Avstriyaya gələn sərnişin qatarındakı 2 nəfər koronavrius şübhəsi ilə Verona şəhərindəki xəstəxanaya yerləşdirilib. Lakin onların analizlərinin nəticələri neqativ çıxıb. Buna rəğmən, qatar Brenner stansiyasında dayandırılıb və ölkəyə girişinə icazə verməyib.

Avstriya Daxili İşlər naziri Karl Nehammer məsələ ilə bağlı açıqlamasında növbəti addımların italiyalı həmkarları ilə birgə atılacağını söyləyib.

İtaliya bu qərara sərt reaksiya verib.

Qeyd edək ki, İtaliya Mülki Müdafiə Agentliyinin Baş müdiri Angelo Borelli koronavirsudan ölənlərin sayının 3-ə çatdığını, 152 nəfərə isə diaqnoz qoyulduğunu açıqlayıb.

publika.az

© xezerxeber.az


1811 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR