Çində şok görüntü - İnsanlar pullarını pəncərədən çölə atırlar - VİDEO

22.02.2020 17:01

Koronavirus səbəbindən karantin altında saxlanılan Çinin Uhan şəhərində insanlar pullarını "həbs olunduqları” evlərin pəncərələrindən atmağa başlayıb.

Uhanda insanların ümidlərini itirdiyini gözlər önünə sərən yeni videogörüntü ortaya çıxıb.

Sosial mediada paylaşılan videoda evlərindən bayıra çıxa bilmədikləri üçün pul xərcləyə bilməyən sakinlərin pullarından təyyarə düzəldərək pəncərələrdən çölə atdığı əks olunub.

Xatırladaq ki, Uhanda insanların küçələrə çıxması qadağan edilib. Hər ailədən bir nəfər xüsusi kartla bayıra çıxıb, gündəlik ərzaq məhsulları ala bilər. Koronavirus ilk dəfə bu şəhərdən çıxdığı üçün rəsmi Pekin burada sərt qadağalar tətbiq edir.

Son xəbərlərə görə, Çində koronavirus səbəbindən ölənlərin sayı 2238 nəfərə çatıb. 75 mindən çox insan isə virusa yoluxub./teleqraf

© xezerxeber.az


6574 dəfə oxunub

XƏBƏRLƏR

27.09.2020 11:34

Sabahın hava proqnozu

ÇOX OXUNANLAR