İrandan dəhşətli XƏBƏR GƏLDİ - Ölüm addım-addım yaxınlaşır

22.02.2020 14:10

Çində ortaya çıxan koronavirus epidemiyası İtaliyada 2, İranda 6 nəfərin ölümünə səbəb olub.

NTV xəbər verir ki, İtaliyanın şimalında 17 nəfərə koronavirus diaqnozu qoyulub. İranda isə daha 10 nəfərdə virus aşkar edilib.

Yaponiyada 3, Cənubi Koreyada 2, Tayvan və Filippində 1 nəfərin ölümü ilə, dünya miqyasında ölənlərin sayı 2 min 363-ə çatıb.

Virusun mərkəzi sayılan Hubey əyalətinin tibb işçiləri virusun inkubasiya dövrünün 27 günə qədər çıxa biləcəyini bildirir./publika.az

© xezerxeber.az


5546 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR