Göyçayda yaşayış binasının suyuna elektirik enerjisi sızır - Sakinlər narahatdır - VİDEO

16.02.2020 19:00

Göyçayda 50 ailənin yaşadığı binaya verilən icməli suya elektirik enerjisinin keçdiyi iddia olunur. Sakinlər bildirir ki, sudan istifadə edən zaman onlari elektrik cərəyanı vurur.

Xezerxeber.az-ın məlumatına görə, Göyçay şəhər Mehdi Hüseynzadə küçəsi 33 A ünvanında yerləşən beşmərtəbəli binanın sakinləri verilən sudan istifadə edə bilmirlər. 1990-cı ildə istifadəyə verilən yaşayış binasında 50 ailə yaşayır. Sakinlərin iddiasına görə, sudan istifadə edən zaman elektirik cərayanı vurur.

Elektrikin suya keçməsinin səbəbi bilinmir. Hətta sakinlər fərdi evlərində olan naqillərini yeniləsələr də bunun qarşı alınmayıb.

Məsələ ilə bağlı "Azərişıq" ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satış İdarəsinin Göyçay elektirik şəbəkəsindən bildiriblər ki, sözügedən binada daşıyıcı, paylayıcı xətlər və elektirik sayğacları 2017 -ci ildə yenilənib. Bu səbəbdən də nəzarətçilər tərəfindən dəfələrlə baxış keçirilib. Şəbəkədə hər hansı elektirik sızması aşkarlanmayıb. İlkin ehtimala görə, elektrikin suya keçməsinə səbəb mənzillərdə quraşdırılan qeyri-standart su qızdırıcılarıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






589 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR