Dünya bu qızdan danışır: Prezident açıqlama yaydı – Şok gəlişmə - VİDEO

13.02.2020 14:33

Fransa İslam dinini təhqir edən 16 yaşlı lisey şagirdi Milanı müzakirə edir.

Mila ötən ay şəxsi İnstaqram səhifəsində İslam dinini təhqir etdikdən sonra çoxsaylı ölüm təhdidləri alıb.

Bundan sonra başqa məktəbə keçmək məcburiyyətində qalan Milanın evinin ətrafını mühafizəçilər qoruyur.

Artıq Mila ilə bağlı Fransa rəsmiləri də açıqlama verməli olub.

Prezident Makron Milaya hücumları pisləyib:

"Qanunlarımızda hər şey açıqdır. Dinləri təhqir etmə, onları müzakirəyə çıxarma və karikaturasını çəkmək haqqımız var. Qadağan edilən isə nifrət, insanlıq şərəfinə hücum etmək, onu aşağılamaqdır. Bu müzakirələr zamanı biz Milanın ərgən olduğunu diqqətdən yayındırmışıq. Onu məktəbdə, gündəlik yaşamında və hər anında müdafiə etmək borcumuzdur. Uşaqlar internet üzərində nifrət və zorakılığın yeni formalarından qorunmalıdırlar”.

Xatırladaq ki, Lyon şəhəri yaxınlığında yaşayan Mila İnstaqram hesabında canlı yayım edərək homoseksual olduğunu açıqlayıb. Müsəlman olduğunu deyən bir nəfərin onu təhqir etməsindən sonra Mila da islam dinini təhqir edib. Bu müzakirə internetdə trend olduqdan sonra bəzi sosial şəbəkə istifadəçiləri gənc qızın şəxsi və məktəbi haqqında məlumatları yayıb.

Yaşananların ardnca Fransa televiziyasına çıxan Mila islam dinini təhqir etdiyinə görə, peşman olduğunu deyib, öz inanclarını daxilində hüzür içində yaşayanlardan üzr istəyib./teleqraf

© xezerxeber.az

FOTOQALERIYA






5206 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR