İntim həyatları olmayan saduların DƏHŞƏTLİ VƏRDİŞLƏRİ

06.02.2020 14:23

Sadular Hindistan və Nepalda yaşayan etnik qrupdur. Hindular tanrıların nümayəndələri olduğuna inandıqları üçün onlara hörmət edirlər.

Saduların sirli həyatını təqdim edirik:

Sadular cəmiyyət tərəfindən müqəddəs hesab olunduqlarına görə, etdikləri dualar müqabilində yemək alırlar.



Əvvəllər yalnız brahmalara sadu olmağa icazə verilirdi. İndi isə hər kasta üzvü sadu ola bilər. Həmin şəxs təmizlik və yoxsulluq sözü verir. Onlar pul qəbul etmir və evlənmirlər. Ehtiyacı olanlara dini xidmətlər təklif edirlər. Saduların çoxu kişi cinsinin nümayəndələridir. Azsaylı qadın sadulara isə "sadin” deyilir.



Ən mühafizəkar sadu "naqas”dır. Naqaslara paltar yad nəsnədir. Sadular mənsub olduqları təriqətə aid simvollar daşıyır. Aksesuarları isə əsasən bilərzikdir. Heç vaxt saçlarını kəsmirlər. Üzərlərindəki hər şey hinduizmin təməl dəyərlərini anladır. Onlar cəmiyyətin bir hissəsi sayılmır və monastrda, ya da ağacların altında yaşayırlar.



Həyatda sadəcə 3 məqsədləri var: Kama (əyləncə), arta (praktiki məqsədlər) və datma (vəzifə). Bir sadu gündəlik olaraq bədənini və zehnini təmizləyib, müqəddəs kitablar və ya dualar oxuyaraq tanrıya çatmaq üçün məşqlər edir. Çox sayda sadu ailəsindən ayrı yaşayır.

Heç vaxt ət yemirlər və meditasiya edirlər. Aralarında illərdir hərəkətsiz halda tək ayaq üstə duranlar və kaktus çarpayısında yatanlar da mövcuddur.



Bəziləri özlərini qumda basdırır, dillərini kəsici nəsnələrlə deşir, günəşə baxır, ayaqüstə yatırlar. İllərlə danışmamaq əsas xüsusiyyətləridir. Hindular ağır cəzanın insanı ölümdən xilas edəcəyini düşünür. Əksər sadular ağrılarını yüngülləşdirmək üçün marixuana və ya xaşxaş istehlak edir.

Sadular müharibələrə qarşıdır. Onlar həyatları boyunca yalan danışmamaq üçün and içirlər. Cinsi həyatdan və əyləncədən uzaq dururlar.

publika.az

© xezerxeber.az


14494 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR