Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Çində yaşayan həmyerlimiz ŞOK FAKTLARI AÇDI: Hər yerdə, bütün məkanlarda... - VİDEO

30.01.2020 14:57

"Vəziyyət yaxşı deyil. Hər gün ölən olur, koronavirusa yoluxanların sayı artır. Evdən çox çıxmırıq. Burada bütün şəhərlər bir-birinə uzaqdır, ancaq əsas məsələ virusun bütün Çinə yayılmasıdır. Təkcə Vuhandan Çinin digər şəhərlərinə 5 milyon insan qaçıb”.

Bu sözləri Publika.az-a Pekində yaşayan həmyerlimiz Xəyal Əhmədov deyib. Onun sözlərinə görə, şəhərlərdə qabaqlayıcı tədbirlər görülsə də, bayram tətilindən sonra təhlükə daha da arta bilər:

"16:00-16:30 arası şəhəri dərmanlayırlar. Hazırda çinlilərin Yeni ili ilə əlaqədar bayram tətili olduğundan əksəriyyət öz evinə qayıdıb. Ona görə burada təhlükə azdır. Amma tətildən sonra vətəndaşlar yenidən işə və ya universitetə qayıtdıqda daha çox təhlükə gözlənilir.

Yanvarın 31-i iş günü idi. Amma tətil fevralın 3-nə kimi uzadıldı. Məcburən işə maskalı gedəcəyik. Tədbir olaraq hər yerdə - bütün məkanların girişində yoxlanışlar var, hərarəti yoxlayır, qeydiyyata alırlar. Bu yaxınlarda Vuhan şəhərinə gedib-getməmək haqqında soruşub sonra buraxırlar”.

Həmyerlimiz bildirib ki, universitetlərə getməyə, tələbələrlə görüşməyə də icazə verilmir:

"Hazırda bayram olduğundan dərs yoxdur. Universitetlərə daxil olmağa, tələbələrlə görüşməyə, qonaq getməyə icazə yoxdur. Tələbələr demək olar ki, günlərini elə düşərgədə keçirir. Ora heç kimi maskasız buraxmırlar. Onlar da artıq tükənib. Olan yerlərdə də çox baha - az qala 70-100 manata satılır”.

X.Əhmədovun sözlərinə görə, artıq qidalanma ilə bağlı da problem yaranıb. Belə ki, şəhərdə restoranların əksəriyyəti bağlanıb, tərəvəz isə tapılmır:

"Marketlərin bəzisi işləyir, amma demək olar tərəvəz tapmaq qeyri-mümkündür. Sübh tezdən ala bilmək üçün hətta növbəyə dayananlar var. Restoranların bir çoxunu bağlayıblar, bir neçəsinin də ayın əvvəlindən etibarən bağlanacağı barədə xəbərdarlıq edilib. Ət məhsulları ümumiyyətlə, istifadə etmirik. Burada bir Türk restoranı var. Tərəvəz və ya şorbaları oradan alırıq. Bu gün xəbərdarlıq etdilər ki, fevralın 1-dən ora da bağlanacaq”.

Xüsusilə Vuhandakı tələbələrə görə narahatlıq keçirdiyini bildirən həmyerlimiz vəziyyət pisləşərsə ölkəyə qayıtmaq istədiyini də vurğulayıb:

"Vuhandakı tələbələrimizə görə çox narahatıq. Səfirlik tədbirlər görür, hər gün ora ilə əlaqədədir, vətəndaşların çıxarılması ilə məşğuldurlar. Bu da elə asan görünmür. Virusun özünü biruzə verməsi iki həftə müddətində baş verdiyindən çıxması üçün vətəndaş ən az 14-15 gün karantində olmalıdır. Vuhanda yaşayan 35 Türkiyə və 10 Azərbaycan vətəndaşı təxliyə olunacaq. Amma bizim şəhərdəkilərə heç nə deyilməyib. Bu gün ölənlərin sayı 170 olub, 7766 nəfər isə virusa yoluxub. Vəziyyət daha da pisləşərsə, şəhərdən çıxmağı düşünürük. Valideynlərimiz və vətəndaşlar bizə görə narahatdır”.

© xezerxeber.az


22172 dəfə oxunub

ÇOX OXUNANLAR