Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Çinli tibb bacısından şok çağırış: Hökumət yalan deyir - VİDEO

28.01.2020 15:33

Çində ölümcül virusa yoluxanlarla bağlı xəbərlər durmadan artır. Lakin bəzi mənbələr rəsmi rəqəmlərin real olmadığını iddia edir.

Çin höküməti Vuhan şəhərində yayılan koronavirusa təxminən 3 min insanın yoluxduğunu bildirib. Lakin bir tibb bacısının rəsmi rəqəmləri yalanlayaraq çəkdiyi videosu dünya gündəminə düşüb. Tibb bacısı dünyadan kömək istəyərək bildirib ki, hökumətin göstərdiyi rəqəmlər reallığı əks etdirmir:

"Hal-hazırda Hubey əyalətində və ümumiyyətlə Çində virusa 90 min insan yoluxub. Bu videonu izləyənlərin evdən çıxmamalarını tövsiyə edirəm. Hökumətin nə dediyi vecimizə deyil. Xahiş edirəm, Vuhana maska, eynək, geyim və ərzaq bağışlayın. Xahiş edirəm bizə kömək edin".

Medicina.az

© xezerxeber.az


3330 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR