Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İstanbul körpüsündə dəhşətli hadisə - İki sevgili öldü - VİDEO

26.01.2020 17:50

Bu gün İstanbulda dəhşətli hadisə baş verib.

Türkiyə mediası xəbər verir ki, "15 temmuz körpüsü”ndə Mehmet Keleş adlı şəxs idarə etdiyi avtomobili motosikletə çırpıb. Hadisədən dərhal sonra maşını tərk edən sürücü qaçaraq özünü körpüdən suya atıb.

Hadisə yerinə gələn təcili yardım maşını yaralı motosikletçini xəstəxanaya aparıb. Mehmet Keleşin həyatını isə xilas etmək mümkün olmayıb, o suda boğularaq ölüb. Polis əməkdaşları M.Keleşin avtomobilinə baxış keçirdikdə isə daha dəhşətli hadisənin şahidi olublar. Məlum olub ki, M.Keleş daha əvvəl öldürdüyü sevgilis Ece Alçanın meyitini maşınla harasa aparırmış. Bıçaqlanaraq öldürülən qızın meyiti morqa aparılıb.

Hadisəni törədən Mehmet Keleş intihar etdiyindən onun sevgilisini hansı səbəbdən öldürdüyü qaranlıq qalıb./publika.az

© xezerxeber.az


548 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR