Azərbaycanda dəhşətli qəza: Ölənlər və çox sayda yaralı var

26.01.2020 11:48

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan "Mercedes-Benz” markalı sərnişin mikroavtobusu "VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı iki nəfər ölüb, 15-ə yaxın yaralı var.

Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub.

Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


564 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR