SON DƏQİQƏ: Türkiyədə iki DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi - Çox sayda ölü var / VİDEO

25.01.2020 00:24

Elazığda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4-ə çatıb. 100-dən çox yaralı var.

Bu barədə Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.

Yerli mənbələr dağıntılar altında bir neçə nəfərin qaldığını bildirir.

***

Elazığda baş verən 6,8 bal gücündəki zəlzələdən sonra 5,4 bal gücündə daha bir yeraltı təkan baş verib.

Müdafiə Naziri Hulusi Akarın məlumatına görə, iki güclü zəlzələdən sonra şəhər mərkəzlərində tələfat yoxdur. Nazir ətraf kəndlərdə tələfatın ola biləcəyini istisna etməyib. O bildirib ki, ehtiyac olarsa fəsadların aradan qaldırılmasına hərbçilər də cəlb edilib. Ordu hazır vəziyyətə gətirilib.

Daxili İşlər naziri Süleyman Soylu isə bildirib ki, təbii fəlakət nəticəsində 1 nəfər həyatını itirib. İki yaralı var. Bir neçə tikilidə fəsadlar əmələ gəlib

Qeyd edək ki, yeraltı təkanlar Diyarbəkir, Adıyaman, Samsun və digər vilayətlərdə, həmçinin İraq və Suriyada da hiss edilib.

***


Türkiyənin Elazığ vilayətində rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Anadolu agentliyi məlumat yayıb. Yeraltı təkanların episentri Sivricə rayonunda yerin 5 kilometr dərinliyində yerləşib. Bəzi mənbələr yeraltı təkanların gücünü 6,5 bal göstərib. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Publika.az


© xezerxeber.az


577 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR