Bu məşhurun yaşını eşidənlər HEYRƏTƏ GƏLİR - Heç bir estetik əməliyyatı yoxdur

24.01.2020 12:16

Son günlərdə Cem Yılmazdan ayrılması ilə gündəmə gələn 47 yaşlı aktrisa Defne Samyeli üzündə heç bir estetik əməliyyat keçirmədiyini deyib.

Aktrisa qonaq olduğu radio verilişdə bir sıra iddialara cavab verib.

"Vallah heç bir estetik əməliyyat yoxdur. Kiçik toxunuş belə... İstəyən inansın, istəməyən inanmasın. Olsa, söyləyərəm. Çünki estetik əməliyyat etdirməli olan şəxs mənəm. 30 ildir ki, sənətdəyəm. Hər kəs istənilən estetik müdaxilələr etdirir”.

47 yaşı olmasına baxmayaraq, ideal bədən quruluşu və elastik dəriyə sahib olan Defne üz yoqası etdiyini bildirib:

"Üz yoqası ilə illərlə məşğul oldum. Mən bu işləri keçmişdə etmişəm, hazırda ehtiyac yoxdur”./publika.az





© xezerxeber.az


504 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR