Nostradamusdan 2020-ci illə bağlı DƏHŞƏTLİ PROQNOZLAR: Bənzəri olmayan hadisələr olacaq

23.01.2020 18:52

1503-cü ildə dünyaya gələn və proqnozların atası kimi tanınan Nostradamusun 2020-ci il üzrə açıqladığı öncəgörmələr təşvişə düşməyəcək tərzdən deyil.

Türkiyə, İran və ABŞ-da ard-arda meydana gələnzəlzələlərdən sonra fransız həkim, əczaçı və astroloqun proqnozları gündəm olub.

BÖYÜK ZƏLZƏLƏLƏR

Nostradamusa görə, dəqiq harada olacağı bilinməsə də, 2020-ci il boyunca Amerikada şiddətli zəlzələlər qeydə alınacaq. Qitədəki ən seysmik zonalar analiz ediləndə bu nöqtələrin Meksika və Çili olacağı gözlənilir.

QLOBAL MİQYASDA İQTİSADİ BÖHRAN

Böyük iqtisadi güclər zəifləyəcək və uzun müddət yüksələ bilməyəcək. Dünya iqtisadi durğunluq yaşayacaq.

TAXTDA YENİ KRAL

Nostradamusun 2020-ci proqnozlarından biri də krallıqla bağlıdır. Ölkə adı verməsə də, əhəmiyyətli bir kral və ya kraliçanın taxtdan gedəcəyini deyir. Yerli mətbuatda bunun İngiltərə kraliçası II Elizabet olduğu iddia edilir.

TRAMP ÇƏTİN İL KEÇİRƏCƏK

Nostradamusun ən mübahisəli təxminlərindən biri sui-qəsd və ölüm haqqındadır. Çünkü Nostradamus təxminində Amerika qitəsindəki əhəmiyyətli dünya liderlərindən birinin ölümündən bəhs edir. Bir çox insanın fikrincə, burada ölüm simvolik xarakter daşıyır və burada ABŞ prezidenti Donald Trampın impiçmentinin onun siyasi ölümünə səbəb olacağı deyilir.

İKİ BÖYÜK QÜVVƏ ARASINDA MÜHARİBƏ

Nostradamusa görə, 2020-ci ildə iki dünya gücü arasında qarşıdurma olacaq. Bunun da ABŞ və Çin arasındakı ticarət savaşı ilə əlaqəsi olduğu düşünülür.

KOSMİK SƏYAHƏT

Kosmik səyahət bu i ldə insanlara daha yaxın olacaq və getdikcə kütləvi hal alacaq.

PUTİNƏ BÖYÜK TƏHLÜKƏ

Rusiyada 2020-ci ildə prezident Vladimir Putinə qarşı sui-qəsd təşəbbüsü olacaq. Nostradamus bunun ölkə daxilindən gələcəyini ehtimal edib.

ATOM BOMBASI

"Qapıların yaxınlığında və iki şəhər içində bənzəri olmayan fəlakət yaşanacaq. Vəba içində qıtlıq olacaq. İnsanlar poladla söndürüləcək, ölümsüz Tanrıdan yardım istəyərək ağlayacaqlar”.

RUSİYAYA ASTEROİD DÜŞƏCƏK

Rusiyaya 2020-ci ildə nəhəng asteroid düşəcək.

Publika.az

© xezerxeber.az


6271 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR