Ərdoğan elan etdi - Türkiyənin növbəti hədəfi BU ÖLKƏDİR

22.01.2020 13:43

Somali hökuməti Türkiyəni ölkədə neft axtarmağa dəvət edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Somali sahillərində neft yataqlarının olduğu istisna edilmir. Ərdoğan Ankaranın bu addımı ata biləcəyini istisna etməyib.

"Əlimizdəki imkanlar neft axtarışları aparmağa imkan verir” - deyən Ərdoğan bildirib ki, Türkiyənin bu sahədə xarici ölkələrdən asılılığı aradan qalxıb./Publika.az

© xezerxeber.az


2880 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR