Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bu ərazidə yaşayan vətəndaşlara BÖYÜK MÜJDƏ: yeni metro stansiyası tikiləcək

22.01.2020 13:55

Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq.

Bu barədə XəzərXəbər-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, bu il "Bənövşəyi" xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır:

"B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri aparılır. Ərazidə metro stansiyasının tunelləri qazılıb. Şərti adı B-3 olan yeni stansiya bu il istifadəyə veriləndən sonra B-4 stansiyasında tikinti işlərinə başlanılması planlaşdırılır".

© xezerxeber.az


471 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR