Oğlandan 16 yaşlı nişanlısına qarşı RÜSVAYÇI ƏMƏL: evinə gətirib bakirəliyini pozdu və dəfələrlə...

17.01.2020 12:21

Lənkəran şəhərində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Elşad Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, Elşad Rəhimov 15 oktyabr 2015-ci il tarixində 1999-cu il təvəllüdlü Məlahət Səlimova (ad və soyad şərti verilib – red.) ilə el adəti ilə ailə qurmaq məqsədi ilə nişanlanıb. 26 yanvar 2016-cı il tarixdə paltar almaq məqsədi ilə onu yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindəki evinə aparıb.

Elşad Rəhimov həmin mənzildə yanvarın 30-da nişanlısının razılığı ilə onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Daha sonra həmin vaxtdan 2017-ci ilin mart ayınadək hər ay Məlahət Səlimovanın yaşadığı Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsində evə gəlib. O, evin yataq otağında Məlahət Səlimovanı dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur edib, istəyinə nail olub.

"Evlənməyimə qərar verdilər”

İstintaq orqanı tərəfindən Elşad Rəhimova Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Elşad Rəhimovun cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Oruc Cəlilovun icraatına verilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşad Rəhimov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, "Baku Steel Company” şirkətində fəhlə işləyib: "Məlahəti 2015-ci ilin oktyabrından tanıyıram, xalam Mətanətgilin qonşuluğunda yaşayır. 2015-ci ilin oktyabrında valideynlərim məni evləndirmək istədilər. Həmin ilin sentyabrında xalam qızının toy mərasimində Məlahəti valideynlərimə göstərdim, həmin qızı mənə almalarını istədim. Valideynlərim də Məlahəti gördü, xoşlarına gəldi və mənim onunla evlənməyimə qərar verdilər”.

"Bizim dini nikahlarımızı rəsmiləşdirdi”

Elşad Rəhimovun sözlərinə görə, 2015-ci ilin oktyabrında valideynləri və qohumları Məlahətgilə elçiliyə gedib: "Məlahətin valideynləri də qızlarının mənimlə evlənməsinə razılıq verdilər. Həmin vaxt valideynlərim Məlahətə "Samsung” markalı mobil telefonu hədiyyə aldı. 2015-ci ilin dekabrın 17-də Məlahət ilə nişan mərasimi oldu və biz nişanlandıq. Valideynlər arasında olan razılaşmaya görə, toy mərasimimiz 2016-cı ilin fevralın 29-a təyin edildi. Dekabrın 22-də anam, bacım və bacımın əri ilə Lənkəran şəhərinə getdik. Səhəri gün mənim ad günüm oldu. Həmin günü xalamın əri Vidadi mənim və Məlahətin şəxsiyyət vəsiqəsini aldı, bizim dini nikahlarımızı rəsmiləşdirdi”.

"Mənə qızıl qolbaq hədiyyə etdi”

Elşad Rəhimov qeyd edib ki, dekabrın 23-də, səhər saatlarında nişanlısı Məlahəti təhsil aldığı Lənkəran musiqi kollecinə aparıb, saat 13 radələrində onu dərsdən götürüb və yaşadığı evinə gətirib: "Həmin günü Məlahətin valideynləri məni evlərinə qonaq çağırdılar. Axşam saatlarında anam, bacım və bacısımın əri ilə birlikdə Məlahətgilə getdik. Orada Məlahətin atası Bəhməni ilk dəfə gördüm. O, ad günüm münasibəti ilə mənə qızıl qolbaq hədiyyə etdi”.

"Dedikləri mənə qarşı böhtandır”

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün axşam saatlarında Məlahətin qonşuluğunda yaşayan xalasının evinə gedib və gecəni orada qalıb: "Ertəsi gün Bakı şəhərinə qayıtdım. Lənkəranda olarkən Məlahət ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamışam, bu barədə onun dedikləri mənə qarşı böhtandır. Lənkərandan Bakıya qayıtdıqdan sonrakı günlərlə Məlahət ilə mobil telefonla biri-birimizə zəng vurmuşuq, əlaqə saxlamışıq. Həmçinin vatsapda yazışmışıq”.

"Mənim evimdə qaldı”

Elşad Rəhimov bildirib ki, 2016-cı ilin yanvarın əvvəllərində anası Fərqanə Məlahətə zəng vurub və nişan mərasimi üçün paltar almaq məqsədilə Bakı şəhərinə gəlməsini bildirib: "Yanvarın 26-da Lənkəran şəhərinə getdim və Məlahət ilə görüşdüm. Sonra birlikdə Bakı şəhərinə gəldik. Bizi bacımın əri Anar və bacım Rəqsanə qarşıladı. Sonra onlar Məlahəti evlərinə apardılar. Məlahət iki gün bacım Rəqsanənin evində qaldı. Sonradan Məlahət mənim Xırdalan şəhərində yerləşən evimdə qaldı. Yanvarın 30-da onun ad günü oldu, axşam saatlarında Məlahət Rəqsanənin evinə getdi. Valideynlərim Məlahətə nişan mərasimində geyinmək üçün paltar aldılar”.

"Hədə-qorxu gəlməmişəm”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2016-cı ilin yanvarın 26-dan fevralın 8-dək Məlahət bacısı Rəqsanənin evində qalıb: "Fevralın axırında atamın əmisi vəfat etdiyi üçün Məlahət ilə toy mərasimlərimiz təxirə salındı. Həmin vaxtdan sonrakı günlər Məlahət ilə telefonla əlaqə saxladım. Həm də iki aydan bir və ya ayda bir dəfə Lənkərana getdim, Məlahət ilə görüşdüm, söhbət etdikdən sonra Bakı şəhərinə qayıtdım. Sonradan 11 mart 2017-ci il tarixdə Lənkəranda səhər saatlarında Məlahətin nişan, axşam saatlarında isə toy mərasimi keçirildi. Həmin günü valideynlərimlə xalam Aybənizin evində qaldıq, səhərisi günü Bakıya qayıtdıq. Bakı şəhərində yaşadığım evdə Məlahət ilə nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmuşam, Məlahətə heç vaxt hədə-qorxu gəlməmişəm”.

"18 yaşımın tamam olmasını gözlədilər”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Məlahət Səlimova bildirib ki, Elşad Rəhimovu və onun ailəsini 2015-ci ilin oktyabrın 15-dən tanıyır: "Həmin tarixdə Elşadla nişanlanmışam. Həmin vaxt Elşadın 25, mənim isə 16 yaşım olub. Bu səbəbdən atam toyun olmasına razılıq vermədi, 18 yaşımın tamam olmasını gözlədilər. Nişanlandıqdan sonra Elşad hər ay Lənkərana gəlib və mənimlə görüşüb. Adətən gündüzlər Elşad bizim evimizdə olub”.

"Səsini kəs, sən artıq mənim kəbinli arvadımsan”

Məlahət Səlimovanın sözlərinə görə, 2015-ci ilin dekabrın 22-də onlar dini kəbin kəsdiriblər: "Dekabrın 23-də səhər vaxtı Elşad məni təhsil aldığım kollecə dərsə apardı, saat 13 radələrində məni dərsdən götürərək evə qayıtdıq. Həmin gün valideynlərim yas mərasimində, bacılarım isə işdə olduğundan evdə mən və Elşaddan başqa heç kim yox idi. Bundan istifadə edən Elşad qolumdan tutaraq zorla yataq otağına apardı. Məni çarpayın üstünə yıxdı, şalvarımı çıxarmaq istədi. Mən buna imkan verməsəm də, Elşad zorla şalvarımı çıxardı. Həmin vaxt Elşad mənə "səsini kəs, sən artıq mənim kəbinli arvadımsan”, - deyə bildirdi. Sonra Elşad zorla mənimlə cinsi əlaqədə oldu. Bu zaman ağrı hiss etdiyimdən Elşadı üstümdən itələdim. Birtəhər Elşadın altından çıxaraq anamın otağına qaçdım. Oradan paltar götürdüm və əynimə geyinəndə gördüm ki, geyimə qan ləkələri düşüb. Sonra Elşadın yanına gəldim. Ona "sən nə səbəbə belə etdin, biz ancaq toydan sonra görüşməli və əlaqədə olmalı idik, sən isə mənimlə zorla əlaqədə oldun, mən belə istəmirdim”, - dedim. Elşad isə güldü və "sən mənim kəbinli arvadımsan, narahat olma, heç kimə də heç nə demə”, - deyə qeyd etdi. Bu barədə heç kimə heç nə demədim”.

"Onun hərəkətləri barədə heç nə deməmişəm”

Zərərçəkmiş daha sonra baş verənləri belə ifadə edib: "Sonra Elşadla parka getdik, gəzdik, şəkil çəkdirdik. Saat 23 radələrində yaşadığım evə qayıtdıq. Həmin gün, yəni 23 dekabrda Elşadın ad günü olduğu üçün ailəm onu qeyd etdi, ona hədiyyə verdilər”.

Məlahət Səlimovanın ifadəsinə görə, Elşad 26 yanvar 2016-cı il tarixdə Lənkəran şəhərinə gəlib və onu Bakıya aparıb: "Bakı şəhərində iki gün Elşadın bacısının evində qaldım. Sonra isə onun Xırdalan şəhərində olan evinə getdim. Nişan mərasimində geyinmək üçün Elşadın valideynləri mənə paltar aldı. Onun evində qaldığım müddətdə, Elşad valideynləri yatandan sonra məni öz yatdığı otağına aparıb, istəyim olmadan, zorla qeyri-təbii yolla cinsi əlaqədə olub. Qorxduğumdan nə öz valideynlərimə, nə də Elşadın valideynlərinə hərəkətləri barədə heç nə deməmişəm”.

"Biabırçılıq olmasın deyə səsimi çıxarmamışam”

Məlahət Səlimova bildirib ki, Bakı şəhərində Elşadın evində qaldığı müddət ərzində Elşad onunla 30 yanvar 2016-cı il tarixdə qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olub: "Sonradan Elşad hər ay Lənkərana gəldi, mənimlə görüşdü və bizim evimizdə qaldı. Elşad mənim valideynlərimə "mən xalamın evində qalanda, xalamın xoşuna gəlmir” dediyi üçün atam onun evimizdə qalmasına icazə verdi. Elşad hər dəfə gələndə mənə məxsus yataq otağında qalıb, mən isə anamgilin yanında yatmışam. Beləcə Elşad 2016-cı ilin fevralından 2017-ci ilin martınadək olan müddət ərzində mənimlə yatdığı otaqda, gecə saatlarında, razılığım olmadan təxminən 9-10 dəfədən çox qeyri-təbii yolla cinsi əlaqədə olub. Mən də biabırçılıq olmasın deyə və valideynlərimin yatmasını gördüyüm üçün səsimi çıxartmamışam”.

"Məni döyüb”

Məlahət Səlimovanın ifadəsinə görə, Elşad dəfələrlə, yəni təxminən 10 dəfədən çox onunla qeyri-təbii yolla cinsi əlaqədə olub: "Hər dəfə Elşad mənimlə cinsi əlaqədə olanda valideynlərimin yatmasını görüb, utandığımdan səsimi çıxartmamışam. Həm də qorxumdan valideynlərimə heç nə deməmişəm. Həmin vaxt Elşad məni şillə ilə vurub, döyərək etdiyi hərəkət barədə heç kimə heç nə deməməyi tapşırıb”.

"Nişan qaytarıldı”

Məlahət Səlimova qeyd edib ki, 2017-ci ilin martın 11-də onun toyu (qız toyu) olub, sonra oğlan toyu olmalı idi: "Mənim toyumdan sonra valideynlərim tərəfindən alınan mebel və başqa cehiz əşyaları Bakı şəhərinə, Elşadın yaşadığı evə aparıldı, orada ev bəzədildi. Sonrakı gün telefonda danışarkən Elşad mənə "atan sadə və ucuz mebel alıb, bizə bahalı markalı mebellər lazımdır, atan simic adamdır”, - dedi. Bununla əlaqədar ailələrimiz arasında narazılıq yarandı. Mənim nişanım qaytarıldı və daha sonra ailələrimiz arasında olan əmlak məsələsi ilə bağlı mübahisələri rayon məhkəməsinə qədər çıxdı. Şirvan Apelyasiya Məhkəməsinin yekun iclası olandan sonra dəhlizdə Elşadın atası mübahisə zamanı anama "oğlum Elşad sənin qızın Məlahətin həyatını məhv edib, yəni onunla cinsi əlaqədə olub, indi kimə istəyirsən get qızını ver”, -deyə bildirdi. Bundan sonra valideynlərim Elşadın mənə qarşı etdiyi pis hərəkətlər barədə soruşdu. Mən də Elşadın hərəkətləri barədə valideynlərimə danışdım. Sonra valideynlərim məni Lənkəran, Masallı və Bakı şəhərinə bir neçə həkim və ekspertlərin yanına apardı, tibbi müayinədən keçirdilər. Həkimlər valideynlərimə bakirəliyimin pozulduğunu dedilər. Bu işin üstü açılandan sonra valideynlərim polisə şikayət etdi. Polis şöbəsinə ərizəni atam mənim adımdan yazdı, mən də ərizəni imzaladım. Bu iş üzrə polisə sərbəst ifadə verdim və həmin ifadəni təsdiq edirəm”.

2 il islah cəzası

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşad Rəhimova istintaq orqanı tərəfindən verilən Cinayət Məcəlləsinin 150.2.3-cü maddə sübuta yetirilməyib.

Hökmə əsasən, həmin maddə Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsinə tövsif edilib. Məhkəmə ona aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzası təyin edib.

Hökmdən narazı qalan Elşad Rəhimov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Prokuror tərəfindən isə apelyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Zərərçəkmiş tərəf də təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması barədə apelyasiya şikayəti verib.

Protest və şikayətlər araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətləri və protestin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Prokurorun protesti, təqsirləndirilən şəxsin və zərərçəkmiş tərəfin şikayəti təmin olunmayıb.

© xezerxeber.az


10050 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR