Rusiya elə silahını meydana çıxardı ki... - NATO uzun müddət cavab verə bilməyəcək

14.01.2020 12:41

NATO yaxın gələcəkdə də Rusiyanın "İsgəndər-M” taktiki raket sistemlərinə qarşı çıxara biləcəyi hava və raket hücumundan müdafiə sistemlərinə sahib ola bilməyəcək.

Bunu ehtiyatda olan rus general-leytenant Aleksandr Luzan deyib.

NATO-nun arsenalındakı mövcud hava və raket müdafiə sistemlərinin "İsgəndər-M”ə rəqib potensialda olmadığını qeyd edən general ABŞ-ın "Patriot” sistemlərini belə aşağı təsirə sahib hesab edir: "Bu, İranın İraqdakı ABŞ bazalarına etdiyi hücumlarda öz təsdiqini tapdı. İran 14 raket atdı, 10-u hədəflərini vurdu. 4-ü isə ya məhv edildi, ya da texniki səbəbdən hədəfə çata bilmədi.

Hazırda Avropada yalnız Fransa və İngiltərənin raketdən müdafiə sisteminin təkmilləşdirildiyini və bu mövzuda birgə iş gördüyünü deyən Luzan bütün bu komplekslərin yaxınmənzilli olduğunu və ballistik raketlə mübarizə aparacaq gücdə olmadığını vurğulayıb.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq bir açıqlamasında "ittifaq mübahisə yaradan 9M729 raketi ilə təchiz olunmuş "İsgəndər-M” raket kompleksinin quraşdırılmasına bu il cavab vermək niyyətindədir” sözlərini işlətmişdi./publika.az

© xezerxeber.az


2261 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR