Bütün pullarını “Trampı yox etmək” üçün xərcləyəcək – Milyarderdən şok qərar

13.01.2020 14:00

"Bütün pullarımı Prezident Donald Trampdan xilas olmaq üçün xərcləyirəm”.

Bunu ABŞ prezidentliyinə namizəd, milyarder iş adamı Maykl Blumberq deyib.

O, Donald Trampın Amerika üçün uğurlu seçim olmadığını bildirib: "Əsas hədəf Donald Trampdan xilas olmaqdır. Bütün pullarımı ondan xilas olmaq üçün xərcləyirəm”.

Maykl Blumberq oktyabr ayında seçkilərə namizəd kimi qatılacağını açıqlayıb. O, indiyədək seçki üçün 200 milyon dollar xərcləyib. Blumberq Trampın ən aktiv rəqiblərindən biridir, "Trampı yox etmək” şüarı ilə seçkiyə qatılıb. Lakin o, Demokratlar Partiyasının yeganə namizəd olmaq üçün əvvəlcə partiyada keçiriləcək seçilərdə qalib gəlməli, bundan sonra Konqresdən dəstək almalıdır.

Sorğuya görə, Blumberq partiyasından olan namizədlər arasında beşinci sıradadır.

ABŞ-da prezident seçkiisi oktyabrın 3-də keçiriləcək./teleqraf

© xezerxeber.az


1202 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR