Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Müsəlman ölkəsindən ABŞ-a qarşı ŞOK HƏMLƏ: Rusiyaya gedib...

13.01.2020 12:17

İraq Rusiyadan S-400 zenit raket kompleksi almağın imkanlarını araşdırır.

Bu barədə"The Wall Street Journal” informasiya yayıb.

İraqlı millət vəkillərinə istinadən verilən xəbərdə bildirilib ki, iki ölkənin səlahiyyətli şəxsləri arasında bu məsələyə dair görüşlər keçirilir.

Məqalədə İraq Parlamenti Təhlükəsizlik və Müdafiə Komissiyasının üzvü Kərim Ələvinin açıqlamalarına yer verilib: "Rusiya ilə S-400 məsələsini müzakirə edirik. Amma hələ ki, müqavilə imzalanmayıb. Amerikalıların lazımii silahları almamıza yardım etməməsilə bizi bir çox halda kədərləndirməsi fonunda bu sistemləri almağımız vacibdir. Bir iraqlı rəsmi S-400-lərlə bağlı görüşlər keçirmək üçün Rusiyaya getmişdi. Amma İraqdakı etiraz aksiyalarından sonra Baş nazir Adil Əbdülmehdinin istefa verməsi böhrana səbəb oldu və müzakirələr təxirə salındı”.

Lakin millət vəkilləri ABŞ-ın İraqı tərk etmək ehtimalına görə sistemlərin alışının yendiən gündəmə gətirilməsini istəyib.

Komissiyanın üzvlərindən Əbdülxaliq əl Əzzəvi Baş nazirə istədiyi hər hansı bir ölkədən hava hücumundan müdafiə sistemləri almaq və bunun üçün vəsait xərcləmək səlahiyyətini verdiklərini bildirib.

"The Wall Street Journal” daha əvvəl görülən təcrübəyə əsasən, İraqın bu sistemlər alacağı təqdirdə, sanksiyalara məruz qalacağını qeyd edib./publika.az

© xezerxeber.az


1833 dəfə oxunub

XƏBƏRLƏR

21.01.2020 09:57

Xırdalanda "Opel" yanıb

ÇOX OXUNANLAR