İran Süleymaninin qisasını BELƏ ALDI - ABŞ təyyarəsi məhv edildi - VİDEO

08.01.2020 14:33

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı hərbi bazasına raket zərbələri endirib.

Anadolu agentliyi xəbər verir ki, hücum zamanı "Ayn-al-Asad" və Ərbildəki baza hədəfə alınıb. Bazalara azı 35 raket zərbəsi endirilib. Əməliyyat zamanı ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə "Ayn-al-Asad" bazasında uçuş-enmə zolağında məhv edilib. Tələfat barədə məlumat yoxdur. ABŞ prezidenti Donald Tramp bildirib ki, hazırda hər şey qaydasındadır:

"İraqda iki hərbi bazamıza raket zərbəsi endirildi. Yaxın dəqiqələrdə əlavə məlumat verəcəm”.


publika.az

© xezerxeber.az


3631 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR