Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Yunan hakimlər turun matçlarını boykot etməyə qərar veriblər

14.12.2019 09:20

Futbol üzrə Yunanıstan çempionatının XVIII turu təxirə salına bilər.

Buna səbəb hakimlərin turu boykot etməyə qərar verməsidir.

Super Liqa matçlarını idarə edən ədalət təmsilçiləri qarşıdakı turun görüşlərinə çıxmaqdan imtinanı zəruri sayıblar. Son vaxtlar şiddət dolu təhqir, tənqid və hədə-qorxularla üzləşən referilər qorunmadıqları üçün belə addım atıblar.

Hələlik Yunanıstan Futbol Federasiyası və Super Liqa rəhbərliyi məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, 2020-ci il yanvarın 13-də keçirilməli olan turun mərkəzi oyununda PAOK və AEK üz-üzə gəlməlidir.

© xezerxeber.az


412 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR