AFFA-dan ŞOK QƏRARLAR: Yurçeviç qovuldu, "Qəbələ" isə...

13.12.2019 13:48

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

XəzərXəbər xəbər verir ki, iclasda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçlə müqaviləyə xitam verilib.

Bildirilib ki, qarşılıqlı razılıq əsasında AFFA milli komandaya yeni baş məşqçi axtarışına başlamaq, Nikola Yurçeviç isə yeni iş yeri axtarışına başlamaq hüququna malikdir.

İcraiyyə Komitəsinin iclası keçirilib

Bundan başqa, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmmədlə müqavilə ləğv olunub. Komandanın baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün təkliflərin hazırlanması AFFA-nın Məşqçilər Komitəsinə və Texniki departamentə həvalə edilib.

Həmçinin, 8 yanvar 2020-ci ildə AFFA-nın növbədənkənar konfransının çağırılması barədə qərar qəbul olunub.

İclasda "Qəbələ” klubunun sponsorları klubu maliyyələşdirməkdən imtina edəcəyi təqdirdə, lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubun təqdim etdiyi bank zəmanətinin aktivləşdirilməsi və məsələnin İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılmasına qərar verilib.

© xezerxeber.az


583 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR