Lənkəranda külli miqdarda narkotik aşkarlandı, saxlanılanlar var

11.12.2019 16:13

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən XəzərXəbər-ə daxil olan məlumata görə, cari ilin 8 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Lənkəran rayonunun Sütəmurdov kəndinin ərazisində DSX əməkdaşları tərəfindən özlərini şübhəli aparan "Mersedes-Benz Viano” markalı 99-SC-230 dövlət nömrə nişanlı avtomobildə olan iki nəfər saxlanılıb və üzərlərinə baxış zamanı ümumi çəkisi 4 kq 750 qram (3 kq "tiryək”, 1 kq "heroin”, 750 qr "metamfetamin” və 2680 ədəd "Metadon - 40” markalı həbb) narkotik vasitə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1979-cu il təvəllüdlü Məmmədov Səyavuş Ramiz oğlu və 1977-ci il təvəllüdlü Abdullayev Fariz Şaban oğlu olmaları, S.Məmmədovun əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.

Fakt üzrə başlanılmış cinayət işi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© xezerxeber.az


387 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR