Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Siçan ili kimin üzünə GÜLƏCƏK? - İlin sonuna qədər bürclər nələri başa çatdırmalıdır?

11.12.2019 14:47

2019-cu ilin bitməsinə az vaxt qalıb, ayın sonuna qədər problemləri həll etmək lazımdır ki, onları gələn ilə özümüzlə birgə aparmayaq.

XəzərXəbər oxucuları bu yazıda hər bir bürc nümayəndəsini, ilin sonuna qədər yoluna qoymalı olduğu məsələlər və onların həll yolları ilə tanış edib.

Qoç

Bu il Qoç bürcündən olanlar üçün çox emosional və enerjili keçib. Od ünsürü nümayəndələrinin uğurlarını nəzərə alaraq, ulduzlar onlara gələn il istirahət etməyi və yeni il tətili təşkil etməyi məsləhət görür. Dekabrın son iki həftəsini yaxınlarınıza sərf edin. Bəlkə də başqa bir ölkəyə səyahət etməyi çoxdan xəyal edirsiniz, özünüzü bu zövqdən məhrum etməyin. Arzularınızı reallaşdırmaq üçün ən yaxşı vaxtdır. İş və karyera onsuz da heç yerə qaçmır.

Buğa

Buğa bürcünün nümayəndələrinin kobud və səbirsiz təbiəti başqalarını tez-tez incidir. Bu bürclərin hər şeyi öz ürəyinə saldığını nəzərə alsaq, əsas şikayətlərin ürəklərində ağır bir yük olması təəccüblü deyil. Odur ki, bu dövrü müsbət notlarla başa vurmaq üçün təsadüfən incitdiyiniz insanlardan üzr istəmək haqqında düşünün. Ümumiyyətlə, 2019-cu ilin dekabr ayı münasibətlərin bərpa olunması və ünsiyyət üçün olduqca əlverişlidir.

Əkizlər

İctimai fəaliyyətə başlamaq üçün uğurlu ildir. Yüksək bir mövqeyə iddialısınızsa və ya öz işinizə başlamaq qərarına gəlmisinizsə, dekabrın sonu belə bir fəaliyyət üçün ideal seçimdir. Unutmayın ki, əsas vəsiqəniz orijinallığımız və səmimiliyinizdir. Dostlarınızdan kömək istəməkdə çəkinməyin. İlin sonu etibarlı dostunuzun və həyatınızda kimin gəldi-gedər olduğunu göstərəcək. Düzgün strategiya hesabına Yeni il öncəsi səylərinizin meyvəsini ala biləcəksiniz.

Xərçəng

İlin son günlərini Xərçəng maliyyə məsələlərinə həsr etməlidir. Yəqin ki, qaytarılmayan borclarınız və ödənilməmiş kreditləriniz var, onları 2020-ci ilə saxlamaq lazım deyil. Gələn il maliyyə problemlərinin yaşanmaması üçün borcları necə tez ödəmək haqqında düşünün. Bundan əlavə, ilin sonu hədiyyələr çox baha olur, odur ki, yaxınlarınıza nə alacağınız barədə diqqətlə düşünün. Bəlkə də əl istehsalı sənət əsərləri sizi digərlərindən ayıran orijinal suvenirlər olacaq.

Şir

2019-cu ilin sonu ətrafınızdakı insanlara kömək etmək üçün əla zamandır. Əgər ətrafınızda köməyə və dəstəyə ehtiyacı olan insanlar varsa, onlara dəstək olun. Tərəddüd etməyin, bu gələcəkdə dəfələrlə qarşılıqlı yardım göstərəcək yeni tanışlar qazanmağa imkan verəcək. Unutmayın, bu il sona çatacaq, alicənablıq və səxavət isə sizə uzunmüddətli üstünlük vəd edir.

Qız

Qız bürcündən olanlar üçün bu il onsuz da kifayət qədər məhsuldar olub, bu uğurlar onların qarşısında gələcək üçün böyük perspektivlər açıb. İlin sonunu dincəlməyə həsr etmək daha yaxşıdır. Əliboş oturmayın, həm öz həyatınızda dəyişiklik etmək, başqa ölkəyə köçmək, həm də ailə qurmaq üçün əlverişlidir. Bu dövrdə maksimum aktivlik göstərin ki, 2020-ci ildə həyatınız daha da yaxşı olsun. İlin sonu inkişafınıza mane olan insanlarla münasibətlərə son qoymaq üçün əla məqamdır. Onlara yox deməyi öyrənin.

Tərəzi

Ulduzlar, Tərəzi bürcünün nümayəndələri üçün ilin sonunun fırtınalı olacağını vəd edir. İlin sonu evlənmək və ya nəsil artırmaq barədə düşünmək üçün uğurlu dövrdür. Yanınızdakı insana etibar edirsinizsə, cəsarətlə evlənmək təklifi edin. Bu imkanı qaçırsanız, tezliklə ailə qurmaq və ya uşaq sahibi olmaq şansınız olmayacaq.

Əqrəb

Mars planeti Əqrəb bürcündədir, yəni bu bürc işarəsi üçün ən yaxşı saat başlayır. Onların bütün parlaq planları dekabr ayında gerçəkləşə bilər, sadəcə cəsarət göstərmək və heç kimin sizdən gözləmədiyi fövqəladə davranışı sərgiləmək lazımdır. Eyni zamanda ili münaqişə və müharibəsiz, nəzakətli şəkildə başa vurmağa çalışın. Unutmayın, 2019-cu ilin sonunda açılmış münaqişələr sizi çox uzun müddət narahat edəcək. Hiyləgərlik və başqalarını manipulyasiya etmək qarşıdakı dövr üçün hobbinizdir. Bu bacarıqlardan istifadə edin və xoşbəxt olacaqsınız!

Oxatan

Oxatan bürcündən olanlar üçün ilin sonu iş və romantik görüşlər üçün idealdır. Uzun müddət görmədiyiniz qohumları ziyarət edin, bu dövrdən yaxşı istifadə edin. Həm də tez-tez xatırladığınız dostlarla əlaqələrinizi bərpa edin. Yaxın gələcəkdə mümkündür ki, bu əlaqələr sizə çox kömək edəcək. Bundan əlavə, ilin sonu Oxatan bürcünün nümayəndələri üçün yeni hobbi tapmaq və idmana başlamaq üçün uyğundur. Həyatınızda sağlam vərdişlərin yaranması gələcəkdə bir çox sağlamlıq probleminin qarşısını almağa imkan verəcək. Bundan əlavə, yeni hobbilər yeni dostlar qazandıracaq.

Oğlaq

Əsl zəhmətkeş Oğlaqlara fasilə vermək və 2019-cu ilin sonunu sağlamlığa həsr etmək məsləhət görülür. Bir neçə aydan bəri davam edən xəstəliyi müalicə etmək lazım olacaq. Bütün işləri bir kənara qoyun və həkimlərin tövsiyələrinə tam əməl edin. Hər şey qaydasındadırsa, dekabr ayında qonşu ölkələrə səyahət təşkil edin. Beləliklə, istirahət və səyahətləri birləşdirib əlavə olaraq işinizdə tətbiq edə biləcəyiniz yeni biliklər əldə edəcəksiniz.

Dolça

Saturn planeti Dolça bürcündədir, odur ki, həyatınızda dəyişikliklər barədə düşünmək üçün əsl vaxtdır. Xarici görünüşünüzdə dəyişiklik edə, evi təmir etdirə, iş yerini dəyişdirə və ya boşanma qərarı verə bilərsiniz. Hər halda bu dövr həyatınızı düzgün istiqamətə yönəldən və gələcəkdə həyatdan zövq almağa imkan verən dəyişikliklər üçün uğurludur. Yalnız hər yerdə son dərəcə düzgün olmaq və başqalarının sizə qarşı çıxmaması vacibdir. Yeni ilə müsbət notlarla daxil olmaq daha yaxşıdır.

Balıq

Balıqlar üçün həyat haqqında diqqətlə düşünməli və vacib qərarlar verməli olduğu bir dövr gəlir. Gələcək taleyiniz ondan asılı olacaq. Cəsarət göstərmək və dəyişikliklərdən qorxmamaq vacibdir, əks halda şans sizdən yan keçəcək. Yenə də köhnə dostlarla barışmaq və yeni maraqlı tanışlıqlar qurmaq üçün 2019-cu ilin sonu əlverişlidir. Sizinlə tanış olmaq istəyən insanlarla əlaqə qurmaqdan çəkinməyin. Bu yanaşma həyatınızı daha parlaq edəcək, hətta gələcəkdə bir çox problemdən xilas edəcək.

publika.az

© xezerxeber.az


1265 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR