Naməlum qadın toyda şok yaratdı: “Toyu dayandırın! O mən olmalıydım” - VİDEO

10.12.2019 17:22

Britaniyanın Aberder şəhərində gəlinlik paltarında olan naməlum qadın toy mərasiminə gələn qonaqları şoka salıb. Bu barədə "Wales Online” saytı xəbər verib.

"Toyu dayandırın! Omən olmalıydım”, - deyə naməlum qadın qışqırıb. Bu sözləri dedikdən sonra o, bəyə tərəf qaçıbəlindəki gül dəstəsi ilə onu vurmağa başlayıb.

Sonradan məlum olub ki, naməlum qadın Uelsdən olan məşhur komik Canuari Rizdir. O, gəlinin rəfiqəsinin tanışı olub və belə bir kiçik zarafatda iştirak etməyə razılıq verib. Bütün iştirakçılardan yalnız Dj-in bundan xəbəri olub.

oxu.az

© xezerxeber.az


1971 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR