Sumqayıtda sürücülər üçün tam avtomatlaşdırılmış təcrübə meydançası açıldı - VİDEO

09.12.2019 20:07

Sumqayıtda sürücülər üçün tam avtomatlaşdırılmış təcrübə meydançası istifadəyə verilib. Bundan sonra bu meydançada təcrübə imtahanı verən sürücülərlə təlimçi arasında ünsiyyət olmayacaq. Onlar imtahan nəticələri ilə bağlı məlumatı heç bir kənar müdaxilə olmadan avtomatik qaydada ala biləcəklər.

Sürücülük üçün imtahan verənlər yol nişanlarının tələblərinə uyğun olaraq hərəkət edir və qayda pozduqları təqdirdə isə bu elektron qaydada qeyd olunur.İmtahan başa çatdıqdan sonra isə nəticələrlə bağlı sürücü avtomatik məlumat alır.Bir sözlə təcrübə imtahanı verən sürücülərlə təlimçi arasında ünsiyyət aradan qaldırlır.

Görüntülər Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt şəhəri üzrə Regional Qeydiyyat və Texniki Baxış Şöbəsinin təcrübə imtahan qəbulu üçün xüsusi bağlı meydançasındandır. Artıq Sumqayıtda sürücülər üçün tam avtomatlaşdırılmış təcrübə meydançası istifadəyə verilib.

Sumqayıt şəhəri üzrə Regional Qeydiyyat və Texniki Baxış Şöbəsinin əməkdaşı Hacı Hacıyevin sözlərinə görə, təcrübə meydançasında sistem tam avtomatlaşdırılmış formadadır. Belə ki, təcrübə imtahanı zamanı sürücünün yol verdiyi bütün səhvlər elektron qaydada aşkar olunur və monitorda öz əksini tapır. Sürücü təcrübi imtahanı başa çatdırdıqdan sonra məqbul, yaxud qeyri-məqbul olması ilə bağlı avtomatik məlumat alır. Yəni hər hansı kənar müdaxilə və ya göstəriş olmur.

Təcrübə meydançasında sürücülər 4 mərhələ üzrə imtahan verə bilirlər.

Qeyd edək ki, hazırda Bakı, Gəncə və Sumqayıt şəhərlərində bu sistem tətbiq olunur. Yaxın gələcəkdə bütün təcrübə imtahan mərkəzlərində analoji sistemlər quraşdırılacaq.

© xezerxeber.az

FOTOQALERIYA






935 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR