Lerikdə şok olay: Gecə yarısı dostunun nişanlısına təcavüz etdi

03.12.2019 13:13

Lerik rayonunda dostunun nişanlısına təcavüz etməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Rasif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rasif Ağayev 2015-ci ilin iyulun ortalarında, gecə saat 1 radələrində həmkəndlisi, 2000-ci il təvəllüdlü Səbinə Vəliyeva (ad və soyad şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

O, həmin gün Səbinə Vəliyevanın nişanlısı Samir Babayevə məxsus evin həyətinə gəlib. Orada Rasif Ağayev Səbinə Vəliyevanı görüb.

Rasif Ağayev Səbinə ilə cinsi əlaqədə olmaq istədiyini deyib. Qız ona razılıq verib. Rasif Ağayev Səbinə ilə könüllü cinsi əlaqədə olub, sonuncunun bakirəliyini pozub.

Məsələnin üstü bu ilin əvəllərində Səbinə ilə Samirin toyu günü açılıb. Səbinə nişanlısına Rasif Ağayev ilə cinsi əlaqədə olduğunu deyib.

Qızın valideynləri baş verən olayla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Səbinə Vəliyevanın razılığı ilə cinsi əlaqədə olması göstərilsə də, sonuncunun hadisə baş verən vaxtı 16 yaşına çatmadığı əsas götürülüb və Rasif Ağayevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Lerik rayon Məhkəməsinin hökmü ilə Rasif Ağayev 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Zərərçəkmiş tərəf də hökmdən narazı qalıb. Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi apelyasiya şikayətində göstərib ki, Səbinə Vəliyevanın psixi durumunun müəyyən edilməsi üçün onun barəsində məhkəmə psixoloji ekspertizası keçirilməsini vacibdir.

Nümayəndə qeyd edib ki, Rasif Ağayevin əməlində Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri var.

Bu səbəbdən cinayət işinin məhkum olunmuş şəxsə Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə daha ağır ittiham verilməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş edilib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan prosesdə hər iki tərəfin şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Məhkəmə zərərçəkmiş tərəfin şikayətini qismən təmin edib və Lerik rayon Məhkəməsinin hökmü dəyişdirilib. Rasif Ağayevin cəzası 2 ilə qədər artırılıb.

Rasif Ağayevin apelyasiya şikayəti isə təmin olunmayıb./teleqraf

© xezerxeber.az


439 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR