Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda yeni polislər İŞƏ BAŞLAYIR - VİDEO

29.11.2019 19:48

Turizmin inkişafı üçün bu sahəyə subsidiyaların verilməsində fayda var. Çünki az bir miqdarda verilən subsidiya ölkə qtisadiyyatına daha çox məbləğdə geri dəönə bilər. Bunu Azərbaycan Turizm Sammiti çərcivəsində keçirilən mətbuat konfransındaDövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə bu təcrübə dünya ölkələrində də var. Artıq bununla bağlı təkliflərdə hazırlanıb hökumətə təqdim edilib.

Kənan Quluzadə Turizm polisi ilə bağlıda məsələyə toxunub.Onun sözlərinə görə turizm polisi ilk olaraq Bakıda fəaliyyət göstərəcək. Turizm polisinin yaradılması Dövlət Turizm Agentliyi və Daxili İşlər Nazirliyi ilə birlikdə müzakirə olunur. Bu turistlərin Azərbaycanda dövlət qurumları ilə əlaqəsinin asanlaşmasına və onlara xidmətin vahid bir mərkəzdən həyata keçirilməsinə şərait yaradacaq.

Kənd turizminin inkişafı üçün bir neçə istiqamət nəzərdə tutulur. Kənd evləri turizminin buradaxüsusi yer tutur.bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit deyib.Onun sözlərinə görə, bu sahədə çalışan insanların sayı mütləq şəkildə artırılmalı və onlar təlimə cəlb edilməlidir.

Florian Zenqstşmit həmçinin bildirib ki, məqsəd 2023-cü ildə ölkəyə 4 milyona yaxın turist cəlb etməkdir.Onun sözlərinə görə, hazırkı vəziyyət onu göstərir ki, artıq hədəfin 11 faizinə yaxınlaşılıb deyə o əlavə edib.

© xezerxeber.az


1517 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR