Bakıda 23 yaşlı oğlan küçədə sevgilisini vəhşicəsinə öldürdü - VİDEO

29.11.2019 18:51

Gecə Bakıda ağır cinayət olub. 23 yaşlı gənc özündən 7 yaş böyük qadını qısqanclıq zəmnində bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarəti alanqadın xəstəxanaya aparılarkən yolda ölüb. Qətli törədən şəxs isə polis tərəfindən saxlanılıb.

Bakıda 30 yaşlı qadın xüsusi amansızlıqla qətlə yetirilib.

Hadisə gecə saatlarında paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində baş verib. Ərazidə yaşayanlar 5-ci polis bölməsinə məlumat veriblər ki, yolda bir qadın bıçaqlı hücuma məruz qalıb.Polislər dərhal hadisə yerinə gəliblər.

Bundan sonra rayon prokurorluğunun müstəntiqi də əraziyə gəlib baxş keçirib və müəyyən əl izlərini götürüb. Daha sonra qadının meyti Binəqədi rayon Məhkəmə -tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparııb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə qısqançlıq zəminində baş verib. Qətli törədən Sərxan Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı onun barəsində rayon prokurorluğunda ''qəsdən adam öldürmə''maddəsi ilə cinayət işi başlanıb, hadisənin dəqiq təfərrüatı araşdırılır.

© xezerxeber.az


1181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR