Azərbaycanda uçan naməlum obyekt nədir? - Rəsədxana AÇIQLADI - VİDEO

29.11.2019 14:41

Dünən Azərbaycanda heç bir naməlum obyekt görülməyib.

Bu sözləri Axar.az-a açıqlamasında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Orxan Xəlilov dünən axşam Azərbaycanın bəzi rayonlarında səmada işıqlı obyektin müşahidə olunması ilə bağlı iddialar haqqında danışarkən deyib. O bildirib ki, rəsədxanada bununla bağlı heç bir məlumat yoxdur:

"Azərbaycanda naməlum obyektin görünməsi ilə bağlı rəsədxanada heç bir məlumat yoxdur. Sözügedən naməlum obyekt Rusiya səmasında görünüb və bununla da bağlı açıqlama verildi ki, Rusiya "Topol” raketini sınaqdan keçirib, həmin işıq da raketin işığı olub. Biz Azərbaycan səmasında belə obyekt müşahidə etməmişik”.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri sözügedən obyektin Füzuli, Tərtər və Gədəbəy, hətta Bakı səmalarında müşahidə edildiyini yazıblar.

© xezerxeber.az

FOTOQALERIYA






1346 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR