Bakı Dövlət Universitetinin 3 tələbəsi zəhərlənib, biri ölüb - TƏFƏRRÜAT - VİDEO

21.11.2019 21:10

Bakı Dövlət Universitetinin yataqxanasında bir otaqda qalan 3 tələbə istifadə etdikləri qidadan zəhərlənib. Onlardan biri elə hadisə yerindəcə ölüb.

Xezerxeber.az-ın məlumatına görə, məlum olub ki, zəhərlənən tələbələr Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı, Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dürrubə Qismət qızı və 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.

Xasmətova Şəkər Faiq qızı isə hadisə yerində ölüb.

Digər iki tələbə isə Kliniki Tibbi Mərkəzə köçürülüb.

Hadisə ilə bağlı Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev də xəstəxanaya baş çəkərək zəhərlənən tələbələrin vəziyyəti ilə maraqlanıb.

Bakı şəhər Prokurorluğu da tələbələrin zəhərlənməsi faktı ilə bağlı məlumat yayıb. Məlumatda bildirlir ki, Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında universitetin tələbələri - Şəkər Xasmətovanın qidadan zəhərlənərək vəfat etməsi, Dürrubə Quliyeva və Həmidə İbadovanın zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis, prokurorluq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib. Fakta görə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb.Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






618 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR