Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib

21.11.2019 15:42

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

Xezerxeber.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib.

Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verib.

Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra fəxri qarovul dəstəsinin keçidi olub.

© xezerxeber.az

FOTOQALERIYA






358 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR