Əmək pensiyalarının verilməsində sosial sığorta prinsipinin gücləndirilməsini özündə ehtiva edən qanunvericilik layihəsi hazırlanıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov "Xəzər Xəbər"ə müsahibəsində deyib.
Xezerxeber.az-ın məlumatına görə, mövcud qanunvericiliyə əsasən, pensiyaların sığorta hissəsinin indeksasiyası nəzərdə tutulub. Həmin indeksasiya 2019-cu il ərzində orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçiriləcək.
Sosial müavinətlər haqqında qanuna da dəyişiklik ediləcək. Yeni sistemin ən önəmli cəhəti ondan ibarətdir ki, sosial yardımların verilməsində heç bir sənəd tələb edilməyəcək.
Dəyişikliyi özündə ehtiva edən sənəddə pensiyaların artımı da yer alıb. Bu, ayrıca bir layihə çərçivəsində baxılıb və qəbul ediləcəyi halda yenə də pensiyaların məbləğində artımlar nəzərdə tutulacaq. Artımlar əsasən pensiyanın minimum məbləğlərinə şamil olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
© xezerxeber.az
Ronaldu onunla şəkil çəkdirmək istəyən azarkeşə əsəbləşib - VİDEO
Yeni doğulmuş körpəsini öldürən qadın barəsində cinayət işi açılıb
Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir
Odessada kollecdə yanğın zamanı həlak olanların sayı 13 nəfərə çatıb
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
Şirkət rəhbəri işçilərinə zərf payladı – Görənlər ağladı... - VİDEO
Lənkəranda külli miqdarda narkotik aşkarlandı, saxlanılanlar var
Heydər Əliyev daim öz doğma Azərbaycanına ləyaqətlə xidmət edib
Yaraşıqlı aktyordan aparıcıya şok təklif - Biabır oldu - VİDEO
Bu şəxslərə ŞAD XƏBƏR: maaşları 50 faiz ARTIRILDI - SƏRƏNCAM
Ağ Siçan ili kimlərə düşərli olacaq? - Bayramı necə qarşılamalı?
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər