Xaçmazda ağır qəza - ÖLƏN VAR

17.11.2019 15:07

Noyabrın 17-də Xaçmaz şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Gəndob-Yalama yolunun Xaçmazın Bakı prospektindən keçən hissəsində baş verən qəzada "QAZ 24” markalı avtomaşınla "QAZel” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində "QAZ 24” sürücüsü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.(Azərtac)

© xezerxeber.az


468 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR