Masallıda dəhşətli qətl: Fəhlə yoldaşının başını kəsdi - VİDEO

11.11.2019 20:09

Masallıda bir evdə işləyən fəhlələr arasındakı mübahisəölümə səbəb olub.Fəhlələrdən biri digərini bıçaqlayıb , sonra isə boğazını kəsib. Gəncədə də toqquşan 2 maşının sürücüləri mübahisə ediblər. Onlardan biri digərini bıçaqlayaraq öldürüb.

2 fəhlə arasında düşən mübahisə ölümlə nəticələnib.Qətl hadisəsi axşam saatlarında Masallı rayonununşərəfə kəndində qeydə alnıb.

Belə ki, Boradigah qəsəbə sakini rafiq gülverdiyevin fəhlə kimi çalışdığı evdə iş yoldaşı ilə mübahisəsi düşüb. nəticədə o, mübahisə zamanı əlinə bıçaq götürərək ukrayna vətəndaşı olan və hazırda şərəfə kəndində yaşayan 47 yaşlı bəhruz quliyevin qarın nahiyəsinə 3 zərbə vurub.Sonuncu zərbə ilə isə onun boğazını kəsib.Hadisə yerinə təcili tibbi yardım maşını çağırılsa da, həkimlər briqadası çatmamış ağır xəsarət aolan Bəhruz Quliyev qısa zamanda dünyasını dəyişib. polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Rafiq Gülverdiyev saxlanılıb.

Gəncədə də qətl törədilib.

Hadisə iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində törədilib. Belə ki, 30 yaşlı Mirağa Əliyevin idarə etdiyi avtomobillə 29 yaşlıNicat Dajbanınidarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində Nicat DajbanMiraga Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan Mirağa xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törədən Dajban Nicat isə saxlanılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

© xezerxeber.az


614 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR