Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

ŞOK CİNAYƏT: Paytaxtda yük maşınından 39 meyit tapıldı: azyaşlılar və qadınlar... - VİDEO

09.11.2019 11:41

İngiltərənin paytaxtı Londonun Essex bölgəsində yük maşınının arxasında tapılan 39 meyitlə bağlı detallar məlum olub.

Essex polisi ölənlərin hamısının Vytenam vətəndaşı olduğunu açıqlayıb.

Onlardan ikisi 15, ən böyüyü isə 44 yaşındadır.

10-u 20 yaşdan kişik olan cinayət qurbanları arasında nəfəs ala bilmədiyi və ölmək üzrə olduğuna dair ailəsinə mesaj yollayan Pam Ti Tra Mi adlı 26 yaşlı qadın da var.

Polis rəisinin köməkçisi Tim Smit cəsədlərin şəxsiyyətlərinin müəyyən edilməsinin və gizli saxlanılmasının prioritet olduğunu açıqlayıb. Cinayət qurbanlarının yaxınlarına olay haqqında məlumat verilib. Onlara yas saxlamaları üçün müəyyən müddət verildikdən sonra adlar ictimaiyyətlə paylaşılacaq.

Qeyd edək ki, İngiltərə polisi 23 oktyabrda sənaye şəhərindən gələn xəbərdarlıqla bir yük maşınında 39 meyit tapmışdı. Hadisə ilə bağlı yük maşının sürücüsü Maurisio Robinzon saxlanılıb./publika.az

© xezerxeber.az


206 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR